Arzuxan Əlizadə: TRIPP-in icrası sülh gündəliyinin mühüm elementidir
22 Sentyabr 18:27
22 Sentyabr 18:27
22 Sentyabr 18:26
22 Sentyabr 17:04
22 Sentyabr 17:02
Rubio: "Ukrayna münaqişəsi danışıqlar masası arxasında həll olunacaq"
Ərdoğan: Qara dənizdə ticarət gəmilərinə hücumlar qəbuledilməzdir
Arzu Nağıyev: Bakı Təhlükəsizlik Forumu ortaq təhdidlərə qarşı əməkdaşlıq üçün unikal platformadır
Bakı Dövlət Universitetində dərslər üç gün distant təşkil olunacaq
2 İyun 2021 15:34
3 367
Yeni Azərbaycan Partiyası Sədrinin müavini Tahir Budaqov və Türkiyənin Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini Numan Kurtulmuş YAP ilə AKP arasında əməkdaşlığa dair niyyət protokolunu imzalayıblar.
Trend-in məlumatına görə, protokol YAP nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində imzalanıb.
Ankarada AKP-nin mərkəzi qərargahında keçirilən görüşdə iki qardaş ölkənin hakim siyasi partiyaları arasında əməkdaşlıq əlaqələrinin real vəziyyəti yüksək dəyərləndirilib, perspektivlər müzakirə edilib.
İmzalanma mərasimindən sonra YAP Sədrinin müavini Tahir Budaqov və AKP Sədrinin birinci müavini Numan Kurtulmuş birgə mətbuat konfransı keçiriblər.
İyunun 3-də davam edəcək səfər çərçivəsində partiya heyətlərinin digər görüşləri keçiriləcək, həmçinin YAP və AKP-nin gənclər birlikləri və təftiş komissiyaları arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq.
22 Sentyabr 19:22
910
22 Sentyabr 19:20
798
22 Sentyabr 18:28
840

