“Dövlət Suverenliyi Günü gələcək nəsillərə mesajdır”
19 Sentyabr 13:06
19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
4 İyun 2021 16:38
3 409
İşğaldan azad olunmuş ərazilərdə yeni su anbarlarının tikilməsi, mövcud anbarların təmir olunması ilə bağlı işlər aparılır.
Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
Nazir müavini bildirib ki, ölkəmizdə suya qənaət edən texnologiyalar tətbiq olunur: "Abşeron yarımadasında 5 min hektara yaxın ərazi damcı suvarma ilə sulanır. 2 min hektara yaxın ərazi isə çirkab sularının təmizlənməsindən alınmış sularla suvarılır. Bu təcrübə Bayıl və Badamdar ərazisində yerləşən çirkab sularının təmizlənməsi vasitəsilə aparılır".