Fransa erməni təəssübkeşliyinin acı nəticələri ilə üz-üzədir Siyasət

Fransa erməni təəssübkeşliyinin acı nəticələri ilə üz-üzədir

Fransada ermənilərin küçədə qrup şəklində Qambiyadan olan Yusuf adlı qaradərilini döyərək qətlə yetirmələri ermənilərin digər millətlərə, irqlərə nifrətlə yanaşmasının daha bir göstəricisidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, bu faciəvi hadisə eyni zamanda erməni rasizminin təzahürüdür: “Bu, ermənilərin digər millətlərə qarşı törətdiyi ilk cinayət deyil. Tarix boyu ermənilər bir çox xalqların nümayəndələrinə qarşı terror və cinayətlər törədiblər. Tarixə nəzər salsaq ermənilərin digər millətlərin nümayəndələrini qətlə yetirmək üçün çoxlu sayda terror təşkilatları yaratmalarının şahidi olarıq.

1887-ci ildə Cenevrədə yaradılan "Hnçak" erməni terror təşkilatı 1890-1892-ci illərdə, yəni üç il ərzində 65 000 silahsız müsəlmanı - türkləri və kürdləri məhv edib. "Hnçak" terror təşkilatının erməni cəza dəstələrinin qubanları arasında qocalar, qadınlar, uşaqlar da vardı.

Bundan başqa "Armenakan", ASALA, "Geqaron" kimi terror təşkilatların digər millətlərin nümayəndələrinə qarşı törətdiyi terror hadisələri hər kəsə yaxşı məlumdur.

Fransa isə ermənilərin daim sərbəst hərəkət etdikləri bir ölkə olub. "Orli qrupu" adlanan terror təşkilatı 1981-ci ildə məhz Fransada yaşayan erməni gəncləri tərəfindən yaradılıb və təşkilat 1987-ci ilədək dünyanın müxtəlif hava limanlarında 10-dan artıq terror aktı həyata keçirib, bir çox millətlərin nümayəndələrini qətlə yetiriblər.

Bundan əlavə "Erməni azadlıq hərəkatı" da (AOD) 1991-ci ildə Fransada yaradılıb və terror fəaliyyətini ASALA ilə sıx əlaqədə həyata keçirir”.

Deputat qeyd edib ki, ermənilər bu gün də terror əməllərini davam etdirməkdədir: “Fransada Makronun ermənipərəst açıqlamalarından həvəsə düşən ermənilər özlərini burada immunitetli hesab edərək özbaşınalıqlara başlayırlar. Belə görünür ki, Makronun erməni təəssübkeşliyi sonradan Fransa üçün ciddi problemlər yaradacaq və elə hazırda yaratmaqdadır. Fransada minlərlə afrikalı ermənilərin törətdikləri bu vəhşiliyə görə kütləvi şəkildə küçələrə axışıb. Onlar etiraz aksiyalarında qətlə yetirilmiş Yusuf adlı qambiyalı üçün Fransadan ədalət tələb edirlər. İndi Fransa dövləti minlərlə insanı sakitləşdirməli və ermənilərin törətdiyi qətlə görə cavab verməlidir. Budur Fransanın erməni təəssübkeşliyinin acı nəticələri. Əgər bu tendensiya davam edərsə, ermənilər Fransada daha çox qətllər törədəcək və ölkə daxilində ciddi gərginlik yaranacaq”.

A.Həsənova vurğulayıb ki, ermənilər heç zaman yaşadıqları cəmiyyətlərdə insanlarla səmimi davranmayıblar, ortaq dil tapmağı bacarmayıblar və məqamı gələn zaman öz xislətlərini ortaya qoyublar: “Bu gün Ermənistanda ermənilərdən başqa heç bir millətin nümayəndəsi yaşamır. Elə bu məqamın özü ermənilərin başqa millətlərin nümayəndələrinə qarşı nə qədər böyük nifrət hisslərinin olduğunu aydın şəkildə ortaya qoyur”.