Azərbaycanda 3 ay sonra moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
Nazir: İrəvan bizə bildirib ki, TRIPP-in Ermənistandan keçən hissəsinin Rusiyaya aidiyyəti yoxdur
Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti razılaşdırılıb
XİN: Azərbaycanın əməkdaşlığı olmadan TRİPP marşrutu layihəsinin icrası mümkün deyil
21 İyun 2021 14:37
2 702
İkinci Qarabağ müharibəsində Pakistanın Azərbaycana göstərdiyi çox fəal dəstək mövqeyinə görə minnətdarıq.
Bunu Prezident İlham Əliyev iyunun 21-də Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvanı qəbul edərkən deyib.
Dövlət başçısı bildirib:
"Müharibənin ilk günlərindən ölkənizin ali rəhbərliyi - Prezident və Baş nazir ərazi bütövlüyümüzün bərpasında Azərbaycana tam dəstəklərini ifadə etdilər. Bu, bizim əməkdaşlığımızın çox mühüm elementi və qardaşlıq əlaqələrimizin həqiqi nümayişidir. Pakistanın digər yüksək rütbəli rəsmiləri, parlament üzvləri və ictimai xadimlər Ermənistan ordusunun tam məğlubiyyəti və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnmiş 44 günlük müharibə ərzində bizi dəstəklədilər. Dağlıq Qarabağ münaqişəsi Azərbaycan tərəfindən güc və siyasi yolla həll olundu".
16:51
14
16:50
112
16:48
168