27 Dekabr 11:23
27 Dekabr 10:56
26 Dekabr 21:04
12 İyul 2021 10:50
3 143
Azərbaycan hökumətinin dəvəti ilə iyulun 9-da və 10-da Füzuliyə, oradan isə Şuşaya səfər edən xarici ölkə səfirlərinin arasında Minsk qrupunun üzv dövlətləri - ABŞ, Rusiya və Fransa səfirləri olmayıb.
Qəribədir ki, indiki halda məhz Minsk Qrupunun həmsədri olan ölkələrin Bakıdakı səfirləri uzlaşdırılmış mövqe nümayiş etdiriblər.
Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazadə "Xalq Cəbhəsi"nə bildirib ki, ABŞ, Rusiya və Fransa səfirlərinin Azərbaycanın rəsmi dəvətinə baxmayaraq Şuşa səfərindən imtina etmələri, əsasən tərəfsizliyini qorumaq və Minsk qrupunun fəaliyyətini qoruyub saxlmaqdır: "Həmçinin Azərbaycan və Ermənistan arasında münaqişənin davam etdiyini, Qarabağın statusunun həll edilmədiyini və Şuşanın bu status daxilində olduğunu göstərməkdir. Ümumiyyətlə, səfirlər bununla Şuşanın Azərbaycanın tərkibi olmadığı mesajını verirlər. Regionda ümumi sülhə, təhlükəsizliyə ciddi təhdid edən davranış nümayiş etdirirlər".
Politoloq qeyd edib ki, Azərbaycan heç vaxt bir də masada Ermənistanla Qarabağ məsələsini nüzakirə etməyəcək: "Çünki, artıq bu məsələ bitib. Birinci, Qarabağ münaqişəsi başa çatıb. İkinci, Azərbaycan heç vaxt ermənilərə status verməyəcək. Üçüncü, Azərbaycana qarşı son dərəcə təhlükəli plana malikdirlər.
Bu, bir daha göstərir ki, Minsk qrupunun bərpası Azərbaycanın milli təhlükəsizliyini, suverenliyini təhdid edər".
Cavid
27 Dekabr 13:18
2 352
26 Dekabr 22:15
1 680
26 Dekabr 19:14
1 708