Polşa Avropa İttifaqından çıxmaq imkanını qəbul edib
31 Oktyabr 17:08
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
22 İyul 2021 20:43
3 675
MEDİA ilk addımlarını atır, bütün layihələrdə təkliflərə açığıq.
Bunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov Dənizkənarı Milli Parkda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Milli Mətbuat və Jurnalistika Gününə həsr olunan tədbirdə deyib.
Ə.İsmayılov jurnalistlərdən agentliyi dəstəkləməklərini xahiş edib: “Biz qələbənin carçılarıyıq. Çox xahiş edirəm, bu tempi saxlamaqda bizə kömək edəsiniz”.
Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov bildirib ki, hər bir xalqın həyatında onun mediası böyük rol oynayır: “"Əkinçi" qəzeti də Azərbaycan mediasının, mətbuatının əsasını qoyub. Azərbaycan mediası uzun, keçməkeşli yoldan keçib, bununla belə hər zaman xalqın yanında olub. 30 ildir ki, jurnalistlər mübarizə aparırdılar, milli-vətənpərvərlik mövzusunun işıqlandırılmasında medianın rolu danılmazdır. Eyni zamanda, Qarabağ savaşında jurnalistlərimiz qələmi silaha çevirməyi bacardılar".
MŞ sədri MEDİA-nın fəaliyyətindən danışıb və bildirib ki, son proseslər uğurlu nəticələrə gətirib çıxaracaq: “Son dövrlərdə hətta vahid jurnalist vəsiqələri məsələsi də gündəmə gəlib. Bilin ki, bu islahatlar Türkiyədə və digər ölkələrdə də tətbiq olunub. Bizim ölkəmizdə də həyata keçirilərsə, uğurla həyata keçiriləcəyinə əminəm”.
31 Oktyabr 20:42
1 106
31 Oktyabr 20:26
1 050
31 Oktyabr 20:25
1 120