
Venesuela ABŞ-ı balıqçı gəmisini ələ keçirməkdə ittiham edib
13 Sentyabr 22:59
13 Sentyabr 22:59
13 Sentyabr 22:00
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
“Təəssüf hissilə qeyd etmək istəyirəm ki, son günlər bəzi saytlarda, sosial şəbəkələrdə Milli Məclisin spikeri Sahibə Qafarovanın İrana səfəri haqqında xoş olmayan fikirlər yer almaqdadır. Xüsusilə, xanım Sədrin İranın yeni seçilmiş prezidenti İbrahim Rəisi ilə görüşü zamanı Azərbaycan bayrağının asılmamasını əlində bayraq edənlər, görünür, İran dövlətinin protokol qaydalarından xəbərsizdir”.
Bu fikirləri Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Milli Məclisin Sədri Sahibə Qafarovanın İran səfəri ilə bağlı həqiqəti əks etdirməyən fikirlərə münasibət bildirərkən deyib.
Komitə sədrinin sözlərinə görə, inauqurasiya mərasimi ilə bağlı keçirilən görüşlər zamanı yalnız İran dövlətinin bayrağının asıldığını görmək mümkündür:
“İran Prezidentinin inauqurasiya mərasiminə bir çox ölkələrin parlament sədrləri qatılmışdı. Görüşləri diqqətlə izləyənlər eyni halın, yəni həmin dövlətlərin bayraqlarının asılmadığının hər bir dövlət üçün keçərli olduğunu müşahidə edə bilər. Hesab edirəm ki, hər bir ölkənin protokol qaydalarına hörmətlə yanaşamlıyıq. Düşünürəm ki, bir ölkənin daxili qaydalarını fərqli istiqamətlərə yozmaqla, cəmiyyətdə yanlış fikirlər formalaşdırmaq, iki qonşu dövlət arasında dost münasibətləri gərginləşdirmək yolverilməzdir. Görüşdə Azərbaycan bayrağının asılmadığını dövlətimizə qarşı hörmətsizlik kimi qələmə verənlər özlərinə əziyyət verib rəsmi protokol qaydalarının bayraq hissəsinə diqqət etsəydilər, bu cür təxribatçı fikirlərlə “populyarlıq” qazanmaq iddiasına düşməzdilər”
Əli Hüseynli spiker Sahibə Qafarovanın İranın yeni prezidenti və parlament sədri ilə görüşləri zamanı cəsarətli çıxışlarına bəzilərinin qeyri-obyektiv yanaşmalarına təəssüfləndiyini bildirib:
“Dezinformasiya yaymaqla rahat olanlar, niyə xanım Sədrin Azərbaycanın 44 günlük qələbəsindən, işğalçı Ermənistanın ərazilərimizdə törətdikləri vəhşiliklərdən, eləcə də Xocalı faciəsini tanıması üçün İran dövlətinə çağırışlar etməsindən danışmırlar?! Bu cür təxribata söykənən informasiyalar yayan qruplara, şəbəkələrə təəssüf edirəm. Düşünürəm ki, milli maraqları ləkələməyi özünə rəva bilənlərə qarşı hər zaman mübarizə aparılmalıdır”.