19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
17 Avqust 2021 19:03
3 913
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın dəvətilə avqustun 17-də İstanbul şəhərində keçirilən “IDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisinin təntənəli açılış mərasimində iştirak edib.
Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, müdafiə naziri sərgidə müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirib.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Türkiyə Müdafiə Sənayesinin "ASELSAN", "ROKETSAN", "HAVELSAN", "ASPİLSAN" və bir sıra digər şirkətlərinin rəhbərləri ilə görüşlər keçirib.
Görüşlərdə tərəflər hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.
20 Sentyabr 19:24
2 177
20 Sentyabr 12:05
987
20 Sentyabr 12:05
945