“İran diplomatı Ermənistanın işğalçı və vandal olduğunu qəbul etdi”-Əziz Əlibəyli Siyasət

“İran diplomatı Ermənistanın işğalçı və vandal olduğunu qəbul etdi”-Əziz Əlibəyli

“Gorus - Qafan yolunun bağlanmasını iokin olaraq bir çox şərhçilər Azərbaycanın İrana təzyiqi kimi şərh etdilər”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib. O, diqqətə çatdırıb ki, halbuki, Prezident İlham Əliyev o qədər xırda detallara vaxt ayıracaq bir siyasətçi deyil: “Xəritənin bizim kimi təkcə Azərbaycan tərəfini görmür, ümumi mənzərəni görür və bu addımları sırf gələcəyə yönəlik atır.
Bəs gələcək nədir?
İran ətrafında son günlər qlobal həlqənin daralması, ABŞ - İsrail ittifaqının plan “B”-yə keçməsi və İranın müttəfiqlərinin - Fransanın cəzalandırılması, AUKUS ittifaqının inşası və Çinin hədəf göstərilməsi Azərbaycanın bölgədəki siyasi diktəsini müharibədən sonra qalib və güclü olduğunu hiss etdirməsi baxımından möhtəşəm fürsətlər yaratdı.
Digər detallara toxunmadan deyək ki, hazırda iki məsələ Azərbaycan üçün məqsədinə çatdığını göstərir:
1. İranın ən dərin adamı - beyin mərkəzinin rəhbəri Səccadpurun səfəri və Ağdama gedişi,
2. İranın artıq Ermənistanla münasibətlərinin bir də əvvəlki kimi Azərbaycana qarşı olmayacağının qarantiyası;
İran təkcə bu addımlarla maraqlarımızı qəbul və etiraf etdiyini göstərmir:
"Türkiyə-Azərbaycan birliyi, qardaşlığı öz sözünü deyir.
1.İranın xarici işlər nazirinin müavini Məhəmməd Kazım Səccadpur dünən Ağdama gedib.
2. Bu yaxınlarda Tehranda Türkiyə-Azərbaycan və İran xarici işlər nazirlərinin görüşü keçiriləcək.
3. İran prezidenti İbrahim Rəisi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı İrana dəvət edib.
Bu qısa mətndə də görünür ki, İranın şimali artıq antı İran koalisiyasına qoşulmayacaq;
İran dar məqamda arxasını Türkiyə və Azərbaycana söykəyəcək;
İran diplomatı Ağdama getməklə qəbul etdi ki, Ermənistan işğalçı və vandaldir”.

Əli