Bakıda “Minaların yaratdığı problemlər və onların aradan qaldırılmasına yönəlik səylər” mövzusunda konfrans keçirilib Siyasət

Bakıda “Minaların yaratdığı problemlər və onların aradan qaldırılmasına yönəlik səylər” mövzusunda konfrans keçirilib

"Azərbaycanın sülh, inkişaf və yenidənqurma istiqamətində
irəliləyişində minaların yarada biləcəyi problemlərin aradan qaldırılması" başlıqlı konfrans
oktyabrın 12-də Bakının "Park Inn" hotelində keçirilib. Tədbir "LINKS-Avropa" tərəfindən
Qafqaz Siyasi Analiz Mərkəzinin dəstəyi və ANAMA-nın (Azərbaycanın Minalardan
Təmizlənməsi üzrə Dövlət Agentliyi) iştirakı ilə, "Minalarsız Cənubi Qafqaz 2021"-ci il
kampaniyası çərçivəsində gerçəkləşdirilib. Konfransın əsas məqsədi minaların yenidənqurma
və bərpa işlərinə törətdikləri problemlər, bu məsələdə beynəlxalq və regional fəaliyyətlər
istiqamətində müzakirələrin keçirilməsi, birgə fəaliyyət imkanlarının barədə fikir
mübadiləsidir.
Konfransın açılış sessiyasında Azərbaycanın Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədri cənab Rövşən Rzayev, Avropa İttifaqının Azərbaycandakı
Nümayəndəliyinin rəhbəri, səfir Peter Michalkonun çıxışı oldu, məsələ ilə bağlı təmsil
etdikləri müvafiq təşkilatların mövqelərini konfrans iştirakçılarına çatdırdılar.
Tədbirdə çıxış edən Böyük Britaniyanın və Fransanın Azərbaycandakı səfirləri Ceyms Şarp
və Zachari Qross məsələnin vacibliyi və bu istiqamətdə Azərbaycanla əməkdaşlıqları, təmsil
etdikləri hökumətlərinin Azərbaycandakı fəaliyyəti barədə məlumat verdilər.
Tədbir zamanı “Azərbaycanda mina və partlamamış hərbi sursat probleminin miqyası”na dair
ANAMA-nın təqdimatı, daha sonra minaların humanitar fəsadları ilə bağlı məsələlərə dair
digər qısa təqdimatların edilməsinin ardınca, Azərbaycanın müvafiq vətəndaş cəmiyyəti
təmsilçiləri məsələ ilə bağlı öz fikirlərini səsləndirdilər, beynəlxalq aktorlarla əməkdaşlığa
dair təkliflər verib, Azərbaycan ictimaiyyətini maraqlandıran məqamları onların nəzərlərinə
çatdırdılar.
Tədbirə rəsmi şəxslər, diplomatlar və beynəlxalq təşkilatların təmsilçiləri, Milli Məclisin
üzvləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri dəvət ediliblər.