“Bu, Azərbaycanın ən yaxşı şəkildə təqdimatıdır” Siyasət

“Bu, Azərbaycanın ən yaxşı şəkildə təqdimatıdır”

Musa Qasımlı: "İlk Avropa Oyunlarının standartı Azərbaycanda yaradılır"

"Birinci Avropa Oyunları Azərbaycana çox böyük üstünlüklər verir". Bunu Milli Məclisin deputatı Musa Qasımlı deyib. O bildirib ki, bu, Azərbaycanın ən yaxşı şəkildə təqdimatıdır. Millət vəkilinin sözlərinə görə, ilk Avropa Oyunlarının standartı Azərbaycanda yaradılır: "İlk Avropa Oyunları Azərbaycan xalqının yüksək mədəniyyətini, təşkilatçılıq qabiliyyətini və idman ölkəsi olduğunu göstərəcək. Bununla belə, xaricdə yaşayan azərbaycanlıların özlərinə inamını artıracaq. Bu oyunlar Azərbaycan xalqının başını uca edəcək"