30 Dekabr 2025 23:00
30 Dekabr 2025 22:59
9 Fevral 2022 13:51
3 906
Azərbaycan Ermənistanla sərhədin delimitasiya və demarkasiya prosesinə qeyd-şərt olmadan başlamağa hazırdır. Mən bugünkü görüşdə bu məsələni Moldovalı həmkarımın diqqətinə çatdırdım.
Trend-in məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya naziri Niku Popesku ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycan və Ermənistan arasında normallaşma barədə danışarkən sərhədlərin delimitasiya və demarkasiyası məsələsi həllini tapmalıdır.
“Azərbaycan heç bir qeyd-şərt olmadan komissiyanın fəaliyyətinə hazırdır, lakin Ermənistan tərəfi komissiyanın fəaliyyətə başlaması üçün ilkin şərtlər qoymağa cəhd edir.
Ancaq belə yanaşma heç bir müsbət dinamikaya xidmət etmir”, - deyə nazir bildirib.
18:24
805
30 Dekabr 2025 16:21
2 149
30 Dekabr 2025 16:19
2 128