“Ukrayna böhranı Vaşinqtonu Avropadakı müttəfiqlərlə təmasda olmağa məcbur edir” Siyasət

“Ukrayna böhranı Vaşinqtonu Avropadakı müttəfiqlərlə təmasda olmağa məcbur edir”

“ABŞ dostlarını başına toplayır. Ukraynaböhranı Vaşinqtonu məcbur edir ki, daimaAvropadakı müttəfiqləri ilə təmasda olsun. Vaşiqnton digər bölgələri də unutmur”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Ekspert əlavə edib ki, ABŞ, Yaponiya, Hindistan və Avstraliyanın xarici siyasət idarələrinin başçıları Melburn şəhərində yenidən bir araya gəliblər: “2007-ci ildə təsis olunan və qısa adı QUAD olan bu birliyin məqsədi Hind-Sakit okean bölgəsində təhlükəsizlik strageiyasını həyata keçirməkdir. Bu ölkələr ad çəkməsələr də hədəfin Çin olduğubəllidir. Çinin bölgədə artan hərbi gücü QUAD-ı narahat etməyə bilməz.

Avstraliyanın xarici işlər naziri bu dəfə hədəfləri konkret göstərib: “Çin, Şimali Koreya və Rusiya kimi avtortitar rejimlərə qarşı səylərimizi birləşdirməliyik”. ABŞ-ın dövlət katibi Entoni Blinken çıxışında avstraliyalı həmkarına bu sözlərlə dəstək verib: “Kremlinsiyasəti yalnız Ukrayna üçün deyil, bütün dünyaxalqları üçün təhlükə mənbəyidir”. Çinin Rusiyailə strateji tərəfdaşlığını getdikcə gücləndirməsi bölgə ölkələrini narahat edir.

Rusiya çox çalışır ki, Hindistan haqqında danışılan birliyi tərk etsin, hətta Kreml sahibiVladimir Putin bugünlərdə Hindistana rəsmi səfər edib hindli rəsmiləri buna inandırmağa çalışdı. Ancaq Dehli Çin təhlükəsinə görə ABŞ-la tərəfdaşlığa üstünlük verir. Bunabaxmayaraq, Hindistanın xarici işlər naziriQUAD təşkilatının kiməsə qarşı yönəlmədiyini də bəyan edib. Ekspertlər son zamanlarAvstraliyanın xarici siyasətdə fəallaşdığına diqqət çəkirlər. Bu ölkənin baş naziri SkottMorrison vətəndaşlarını uzaq Ukrayna ərazisini tərk etməyə çağırıb. Yaponiya təşkilatda xüsusifəallığı ilə seçilməsə də, tərəfdaşlarının qərarlarına qatılır”.