XX yüzilin əvvəllərində ermənilərin soydaşlarımıza qarşı həyata keçirdikləri amansızlıqların miqyası artdı, dəhşətli şəkil aldı. Artıq ermənilər nəinki məskunlaşdıqları ərazilərdə möhkəmlənmək, yeni torpaqlar ələ keçirmək, başlıcası isə yaşadıqları ərazilərdə soydaşlarımızı qırmaq istəklərini gerçəkləşdirmək üçün imkan axtardılar. Danılmaz tarixi faktlar göstərir ki, vaxtilə ermənilərə sığınacaq vermiş Azərbaycan turklərini erməni-daşnak terror qrupları və ya qruplaşmaları silah gücünə ev-eşiyindən cıxarıb ayağı yer tutunca qovmağa başladılar. Ələ keçəni uşaq, qadın, qoca demədən xüsusi qəddarlıqla qətlə yetirirdilər. Torpaqlarını, yer-yurdlarını isə mənimsəyirdilər. Birinci rus inqilabını söndürmədən çar Rusiyasının bu qətliamların qarşısını almamasının, daha da qızışdırıcı mövqeydə durmasının səbəbləri məlum idi. Bu yolla əsarətdə olan xalqların fikir-diqqətini inqilabi mübarizədən yayındırırdı. Bu, imperiyanın klassik "parcala, hökm et" siyasətinin qanlı şöləsi idi.
Yalnız Azərbaycan türklərinin soyqırımı ilə kifayətlənməyən erməni-daşnak faşistləri bölgələrdə hakimiyyəti ələ kecirməkdən belə çəkinmir, yolları və körpüləri partladır, nüfuzlu ictimai xadimləri, dövlət məmurlarını terror yolu ilə qətlə yetirirdilər. Araşdırmaçı Ə.Əroğul bildirir ki, I Rus inqilabının süqutundan sonra çar Nikolay həddini aşmaqda olan erməni-daşnak terrorçularına bir balaca qulaqburması verdi. Məsuliyyətə cəlb edilənlər oldu. Arada uzun çəkməyən dartışmalardan sonra erməni-daşnak faşistləri yenə də "erməni məsələsi"nin ilkin dayaq bazasına - Rusiyaya uz tutdular: "I Dunya muharibəsi ərəfəsində çar hökuməti böyuk məmnuniyyətlə erməni-daşnak faşistlərini qəbul etdi. Rus diplomatları açıq şəkildə "məzlum ermənilərin mudafiəsi" uğrunda çıxışlar etməyə başladılar. Türkiyə hökumətindən ermənilər yaşayan şərq vilayətlərində islahatlar kecirilməsi tələbini irəli sürdülər. Türkiyə hökuməti 26 yanvar 1914-cü ildə Rusiyanın nəzarəti altında həyata keçirilməsi nəzərdə tutulan islahatlar haqqında saziş imzalamağa məcbur oldu. I Dunya müharibəsinin başlanması ilə yanaşı erməni-daşnak faşistlərinin iştahı yenidən on qat artdı. Fransa erməni dövlətini Türkiyə ərazisində, Rusiya isə bu dövləti I Pyotr zamanından Cənubi Qafqazda qurmaq istəyini yenidən ortaya qoydu. Hər iki dövlətin niyyətindən bəhrələnmək istəyən erməni-daşnak faşistləri ruhlandılar. Onlar yenidən "Böyük Ermənistan" dövləti qurub-yaratmaq eşqinə düşdülər. Və bu xəyali dövlətin xəritəsini belə cızdılar. Beləliklə, erməni xalqını əbədi məhrumiyyətlərə sürükləmiş oldular. Bununla sonu görünməyən türk düşmənçiliyinin bünövrəsini qoydular. Özlərini isə super dövlətlərin sandıq tulasına cevirdilər. Erməni-daşnak faşistləri bütün güclərini terrorçu dəstələr düzəldib Türkiyə ərazisinə göndərilməsinə, onların pozuculuq fəaliyyətləri göstərmələrinə, könüllü hərbi hissələr təşkil edib rus komandanlığının sərəncamına vermək işinə yönəltdilər. Ancaq nə qədər qırğınlar törətsələr də, sonucda yenə də məğlubiyyətin acısını daddılar".
Məlum olur ki, I Dunya muharibəsindən sonra "erməni məsələsi" beynəlxalq muzakirələrdə tədricən özünə yeni unvan tapdı. Daha doğrusu, uydurma "erməni soyqırımı" əfsanəsinə kompensasiya edildi: "Əslində uydurma "erməni soyqırımı" əfsanəsi yalan uzərində qurulmuş "torbada pişik" oyununun davamı idi. Erməni xalqının təqvimində 24 aprel günü rəmzi məna daşıyır. Bu gün bir erməninin burnu belə qanamayıb. Bəs onda nə üçün qətliam günü olsun?! "24 aprel" gününün özü bu soyqırımın saxtalığına dəlalət edən danılmaz və qaçılmaz bir faktordur. 1915-ci ilin 24 aprel günü Türkiyə hökuməti tərəfindən dövləti içindən parçalamağa cəhd edən bir qrup vətən xaininin və satqınının - məqsədyönlü şəkildə türk torpaqlarına təcavüz edən qərb imperialistlərinə və artıq Şərqi Anadolunu işğal etmiş, tərkibində 250 min erməni könüllü silahlısı olan və Türkiyə əleyhinə vuruşan çar Rusiyasına xidmət edən erməni təşkilat və cəmiyyət rəhbərlərinin göz altına alınmasına dair fərman verilib. Onlar öz cinayətkar fəaliyyətlərinə görə ədalət məhkəməsi qarşısında cavab verməli olmuşlar. Vətənin taleyinin həll edildiyi bir vaxtda, olum-ölüm dilemması qarşısında qaldığı çətin bir zamanda etnik ermənilərin xəyanət və satqınlıqlarının kütləvi hal aldığını nəzərə alan, ölkənin təhlükəsizliyini təmin etmək üçün Türkiyə hökuməti 24 aprel tutqusundan təxminən bir ay sonra, daha doğrusu, mayın 15-də ermənilərin yerdəyişməsi haqqında qərar qəbul etmək məcburiyyətində qaldı. Müxtəlif dövlət və ölkələrin tarixində bu cür faktlar yuzlərlədir. Ancaq günün günortaçağı erməni fitnəsinə, saxtakarlığına uyanlar - qatığa qara deyən Qərb parlamentariləri dərk etmək istəmirlər ki, 24 aprel günü erməni qanı axıdılmayıb. Osmanlı dövlətçliyinin əleyhinə iş aparan, xəyanət yolu tutan bir sıra erməni təşkilatlarının rəhbərləri qanuna muvafiq qaydada göz altına alınıblar. Onlar dərk etmək istəmirlər ki, may ayında yerdəyişmə haqqında qanun qəbul edilməsəydi, ya türk dövləti tam məhv edilərdi, ya da olum-ölüm savaşı gedən döyüş meydanında bir erməni insanı belə sağ-salamat qalmazdı. Əslində bu yerdəyişmə erməni xalqının xilası kimi dəyərləndirilməli və özünün həqiqi qiymətini almalıdır. Əgər bu tədbir Osmanlı dövləti tərəfindən həyata kecirilməsəydi, indi nə dünyəvi dövlətlərdə oturuş tapan erməni diasporu yaranardı, nə bu qədər gucə malik erməni toplumu meydana gələrdi, nə də erməni-daşnak faşistləri özlərində cəsarət tapıb Türk Dünyasına qarşı meydan sulamaq eşqinə düşmüş olardılar. Erməni-daşnak faşistləri öz çirkin oyunlarından əl cəkmək fikrindən uzaqdılar".
100 il əvvəlki hadisələri dərindən təhlil edərkən bu qənaətə gəlmək olur ki, türklərin ermənilərə inam göstərməmək üçün tam əsasları vardı: "Ermənilər döyüş gedən ərazilərdən köçurülməsəydi, Turkiyə hökuməti öz varlığını saxlamaq imkanını əldən vermiş olardı. Təkcə bir erməni nəfərinin satqınlığı ucbatından "Allahu əkbər" dağında 90 min turk əsgərini rus işğalcıları məhv etmişdi. Habelə rus ordusunun Türkiyə sərhədini kecib Şərqi Anadoluya daxil olmasıyla bahəm Türkiyə ordusunda xidmət edən 50 min erməni mənşəli türk əsgəri xəyanət yolu tutaraq rusların tərəfinə kecmiş və türklərə qarşı döyüşmüşdülər. Ümumiyyətlə, I Dunya müharibəsində ermənilərdən qat-qat çox türk əhalisi qırılmışdı. Belə ki, N.Sokolskinin 1923-cu ildə yazdığına və statistik məlumatlara görə, 1915-ci illərdə Turkiyədə cəmi 1 mln. 285 min nəfər erməni yaşayıb. Köçürülənləri, qaçqınları, Türkiyədə qalıb yaşayanları bu saydan cıxsaq, aydın olur ki, bu dövrdə ölən ermənilərin sayı 10 minlərlə, ölən türklərin sayı isə 100 minlərlə olmuşdu. Lakin erməni-daşnak faşistləri öz törətdiklərini əks tərəfin uzərinə qoymaq kimi qarayaxmayla, qaraçı qanlarından irəli gələn hay-küylərinə burada da don geydirməkdən usanmaq bilməmişlər. Hazırda 24 aprel gününü uydurma "erməni soyqırımı" günü kimi bütün dünya dövlətlərinə tanıtmağa cəhd göstərirlər".
Bu gün beynəlxalq arenada fırladılan qondarma və uydurma "erməni soyqırımı" əfsanəsi umumi erməni saxtakarlığının apogeyidir. Yalan yalana soykənir. Uydurmalar bir-birinə calana-calana sonu görünməyən və olmayan bir həddə catdırılıb. İlk öncə "erməniləri məhv etməklə bağlı Tələt paşanın teleqramı var" - deyə-deyə erməni-daşnak faşistləri haray-həşir qopardılar. Sənədlər əsasında isbat olundu ki, bu teleqram əsli olmayan, uydurma bir köçürmədir.
Ermənilər uydurma "erməni soyqırımı" hadisəsindən 70 il sonra daha bir fırıldağa, iftiraya əl atıblar. 1985-ci ildə səs salmışlar ki, guya müasir Turk Cumhuriyyətinin qurucusu M.K.Atatürk 22 iyun 1926-cı ildə İsvec jurnalisti Emil Xilderbranda verdiyi müsahibəsində "erməni soyqırımı"nı tanımasını bəyan edib. Əlbəttə, əgər doğrudan da ermənilər deyən belə bir fakt olsaydı, uydurma erməni soyqırımının tarixi həqiqətliyi üçün bu bəyanat çox ciddi arqument ola bilərdi. Araşdırma zamanı məlum olub ki, M.K.Ataturk 22 iyun 1926-cı il tarixdə İzmir şəhərində olub, ancaq bu səfəri zamanı kiməsə müsahibə verməyib. Ümumiyyətlə isə onun 20 illik hakimiyyəti dövründə Emil Xilderband adlı İsvec vətəndaşının Türkiyə Cümhuriyyəti ərazisində olması subuta yetirilməyib".
Erməni saxtakarları tərəfindən bir-birinin ardınca düşünülmüş şəkildə ortaya atılan, lakin mənbəyi olmayan bu sayaq uydurmaların sayı-hesabı yoxdur. Bununla belə, erməni-daşnak faşistlərinin təbliğat maşını, təşviqatcıları uydurma "erməni soyqırımı" ilə bağlı hər cür saxtakarlıqları yaymaqda davam edirlər. Hər cür dələduzluğa baş vururlar. Xüsusilə onların məşhur rus rəssamı Vasili Vereşaginin "Muharibə apofeozu" adlı rəsm əsəri ilə dələduzluq etmələrindən danışmamaq olmur. Hazırda rəssamın müharibə mövzusunda kətan parça üzərində işlədiyi bu sənət əsəri Moskva şəhərinin məşhur Tretyakov adına rəsm qalereyasında saxlanılır. Rəssam bu rəsm əsərini 1871-ci illərdə işləyib, özü isə I Dunya müharibəsi başlanmazdan on il əvvəl ölüb. Rəsm əsərinin obyekti hec vaxt ermənilər olmamışdı və ola da bilməzdi. Bu sənət əsərinin I Dunya muharibəsi ilə, ermənilərlə hec bir bağlılığı, əlaqəsi yoxdur. Lakin erməni-daşnak faşistləri dələduzluq yolu ilə bu əsəri mənimsəmişlər. Əsərdə insan kəllələrindən toplanmış qalaq təsvir olunur. Erməni dələduzları bu rəsm əsərinin fotoreproduksiyasını cıxararaq altında "1915-1917-ci illər" yazıb və kağız üzərinə rəssamın saxta imzasını köçürüblər. Bu kəllələr guya türklər tərəfindən soyqırıma düçar edilən ermənilərə məxsusdur. Uydurma "erməni soyqırımı" ilə hec bir əlaqəsi olmayan bu reproduksiyanı poçt markalarında, təbliğat plakatlarında, reklam vərəqələrində yerləşdiriblər, ayrı-ayrı kitab üzlüklərində bolluca nəşr və cap ediblər".
Uğur