“Pandemiyanın yaratdığı bütün çətinliklər aradan qalxdıqdan sonra məktəb-valideyn münasibətləri bərpa olunacaq” Layihə

“Pandemiyanın yaratdığı bütün çətinliklər aradan qalxdıqdan sonra məktəb-valideyn münasibətləri bərpa olunacaq”

Nailə İsmayılova: “Yenidən valideynlərin məktəbə cəlb olunması ənənəsi davam edəcək”

Təhsil hər bir dövlətin gələcəyini şərtləndirən önəmli sahələrdən biridir. Azərbaycanda digər sahələrdə olduğu kimi təhsillə bağlı müxtəlif zamanlarda islahatlar həyata keçirilib, təhislin inişafı ilə bağlı müxtəlif addımlar atılıb. Amma bütün bunlarla yanaşı bu sahədə də problemlər var və bu, mətbuatda müzakirə olunur. Xüsusilə müəllim-valideyn münasibətləri ilə bağlı zaman- zaman gündəmə gələn problemlərlə bağlı müxtəlif fikirlər səsləndirilir. Bir sıra ekspertlər düşünürlər ki, təhsil sahəsindəki problemlərin aradan qaldırlmasında valideyn-məktəb münasibətlərinin inkişaf etdirilməsinin xüsusi əhəmiyyəti var.
Bu münasibətlərin inkişaf etdirilməsində isə vətəndaş cəmiyyəti strukturları, xüsusilə də qeyri-hökumət təşkilatları önəmli rol oynayırlar.
Xatırladaq ki, Təhsil Nazirliyi tərəfindən 2014-ci ildə 600 nömrəli əmrlə təsdiq olunan müəllimlərin etik davranış qaydalarında qeyd olunur ki, müəllimlərin kollektivlə, rəhbərliklə münasibətləri qanunlara əsaslandığı kimi, onların valideyn və qanuni nümayəndələrlə münasibəti də etik davranış qaydalarına söykənir.
Qaydalara görə, müəllim valideyn və qanuni nümayəndələrin hüquqlarını bilməli, mütəmadi olaraq onlara təhsilalanlarla bağlı tövsiyələr verməli, valideyn və uşaqlar arasında yaranan münaqişələrin həllində yardımçı olmalıdır.
Müəllim tərəfindən valideynlərin qanunazidd hərəkətlərə sövq edilməsi yolverilməzdir.
Müəllim valideyn və digər qanuni nümayəndələrlə hörmətlə və nəzakətlə davranmalıdır.
Valideyn və qanuni nümayəndələrlə münasibətlər təhsilalanlarla münasibətlərə və onların nailiyyətlərinin qiymətləndirilməsinə təsir göstərməməlidir.
Valideyn və qanuni nümayəndələr tərəfindən könüllü və qanuni yollarla təhsil müəsissəsinə edilmiş yardım, müəllim - təhsilalan münasibətlərinə və nailiyyətlərin qiymətləndirilməsinə təsir göstərməməlidir.
“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova “Xalq Cəbhəsi”nə açıqlamasında bildirdi ki, 2020-21-ci illər üzrə dərs ili artıq başa çatıb: “Dərs ilinin bitməsi ilə əlaqədar uğur qazanan və qazanmayan hər bir uşağımızı təbrik edirəm! Tezliklə uşaqların yay tətili başlayacaq. Təbii ki, tətilin maraqlı keçməsi üçün valideylər əllərindən gələni etməyə çalışacaqlar. Gərgin, həyəcanlı keçən dərs ilindən sonra uşaqların dincəlməyə böyük ehtiyacı var. Əlbəttə, biz də böyük olaraq onlara xoş istirahətlər arzulayırıq. İnşaallah uşaqlar zehin açıqlığı ilə yeni dərs ilinə hazırlaşacaqlar.
Təbii ki, mən indi uşaqların yay tətilindən deyil, başlayacaq yeni dərs ilində məktəb-valideyn münasibətlərinin qurulmasından danışmaq istəyirəm. Bu məsələyə dırnaqarası baxmaq olmaz.
Bildiyimiz kimi, 2020-ci ildən başlayan COVİD-19-la bağlı pandemiya dövründə həm məktəb, həm də məktəbli uşaqların valideynləri yeniliklərlə üzləşdilər. Belə ki, təhsil sistemindəki dəyişiklik, yəni dərslərin onlayn keçirilməsi bir sıra çətinliklər yaratdı. Çünki bu prosesə nə məktəb, nə də valideylər, eləcə də məktəblilər hazır deyildi. Çətin pandemiya dövrünün ən çətin məqamı psixoloji gərginlik idi. Pandemiyanın gətirdiyi psixoloji fəsadların üzərinə böyük zəfər qazandığımız 44 günlük müharibənin psixoloji gərginliyini də gəlsək, demək ki, Cənab Prezidentimiz və Müzəffər Ordumuzun Ali Baş Komandanı İlham Əliyevin də söylədiyi kimi Biz Birlikdə Güclüyük və hər bir çətinliyə xalq olaraq birlikdə sinə gərə bilirik. Dövlətimizin qüdrəti, Ali Baş komandanımızın iradəsi və dəmir yumruğu, Müzəffər Ordumuzun şücaəti, Şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı və xalqımızın vətənpərvərliyi sayəsində işğal altında olan torpaqlarımız azad oldu. Allah bütün Şəhidlərimizə rəhmət eləsin. Amin!”
O, vurğuladı ki, Vətən, torpaq uğrunda özünü fəda edən şəhid balalarımız da vaxtilə parta arxasında oturublar: “Onları dünyaya gətirən valideynlərinin, təhsil aldıqları məktəbin müəllimlərinin, bir sözlə, xalqımızın başını aldıqları vətənpərvərlik tərbiyəsi ilə uca ediblər. Şəhidlərimizin ruhları qarşısında baş əyirik.
El arasında belə bir ifadə işlənir ki, uşaqlar bizim gələcəyimizdir! Gələcək nəslin hərtərəfli tərbiyəsi həm onların valideynləri, həm də cəmiyyət üçün vacibdir. Təbii ki, uşaqların tərbiyəsi ana bətnindən başlayır. Və daha sonra valideynlər öz övladlarının təlim-tərbiyəsi ilə məşğul olaraq onların ilk müəllimləri olurlar. Həmçinin uşaqlar müəyyən bir yaşa çatdıqdan sonra onların öz ailərindən başqa məktəb də ailələri olur. Məktəb ailəsi dedikdə, məktəb rəhbərinin hər bir müəllimin sagirdlərə bir valideyin kimi qayğılarına qalması, onların problemləri ilə yaxından maraqlanması məktəb ailəsinin təməlini qoyur. Valideyinlərlə müəllimlər arasındakı yaxınlaşma yollarını tapmaq və valideynlərlə sıx əməkdaşlıq məhz bu təməl üzərində qurulur”. Təşkilat rəhbəri əlavə etdi ki, uşaqlar müəyyən yaşa çatdıqdan sonra onların bağça, məktəb təlim-tərbiyələri başlayır: “Bu da o deməkdir ki, artıq bir vətəndaş olaraq uşaqlar cəmiyyətlə təmasda olmağa başlayır və cəmiyyətin bir üzvünə çevrilirlər. İstər bağçada, istərsə də məktəbdə gün ərzində uşaqlarla ünsiyyətdə olan müəllimlər və texniki işçilər onlara diqqət göstərməli, qayğılarına qalmalıdırlar. İnsanlar müxtəlif olduğu kimi, onların xarakterləri də müxtəlifdir. Lakin müəllimlərin və ya valideynlərin özlərinəməxsus xarakterləri uşaqlara tətbiq oluna bilməz. Onlar aralarında ortaq münasibət quraraq uşaqların təlim-tərbiyəsiylə birgə məşğul olmalıdırlar. Lakin bəzən bu münasibətlər düzgün qurulmadıqda hələ həyatı tamlığı ilə anlamayan uşaqların gələcəkdə mükəmməl bir vətəndaş kimi yetişmələrində çətinlik yaradır.
Məktəblə valideynlərin müntəzəm sıx əlaqəsi uşağın təlim-tərbiyəsinin uğurlu nəticəsi üçün əsas şərtdir. Uşağın xoşbəxt insan kimi yetişməsi üçün məktəblə ailənin birgə işi həlledici amildir. İstər məktəbdaxili, istərsə də sinifdənxaric işlərdə valideynlərin həvəskarlığı, can yandırması və fəal köməyi çox vacibdir. Valideynlər məktəbin fəaliyyət planı və dərs cədvəli il tanış olmalı, evi məktəbin işi ilə həmahəng etməyə çalışmalıdır. Məktəb şagirdlərin uğur və problemlərini müntəzəm olaraq valideynlərlə birlikdə müzakirə etməlidir. Valideyn-müəllim görüşləri və toplantıları, valdeyn-müəllim fəallığı şagirdlərin ümumi vəziyyətini ətraflı təhlil etmək, məktəbin işi və qayğıları ilə mütəmadi tanış olmaq və nəticədə vacib məsələləri vaxtında həll etməyə kömək edir. Bu gün ailələrdə müəyyən sosial problemlərin mövcudluğu ilə əlaqədər olaraq valideyinlər övladlarına lazımı diqqət ayıra bilmirlər. Belə ki, valideynlər nəinki ailə daxilində, hətta məktəblə bağlı məsələlərədə diqqət göstərmir, öz uşaqlarının məktəblərdə təşkil olunan valideyn iclaslarına qatılmırlar. Bu diqqətsizlik şagirdlərdə məsuliyyət hissinin azalmasına, onların təhsil və tərbiyyə səviyyəsinin aşağı düşməsinə səbəb olur”.
N.İsmayılova bildirdi ki, Vətəndaş Cəmiyyətinin inkişafında mühüm rol oynayan Qeyri-Hökumət Təşkilatı oaraq düşünürük ki, pandemiyanın yaratdığı bütün çətinliklər aradan qalxdıqdan sonra əvvəlki məktəb-valideyn münasibətləri bərpa olunacaq, yenidən valideynlərin məktəbə cəlb olunması ənənəsi davam edəcək və bu sahədəki mövcud problemlər aradan qaldırılacaq: “Məktəb - həm də təlim-tərbiyə ocağıdır. Təşkilatımızın da bir neçə il bundan öncə həyata keçirdiyi layihədə də məhz müəllim-valideyin əməkdaşlığlığını gucləndirməkdən bəhs etmişdik.
Xüsusilə qeyd etmək istəyirəm ki, müasir təhsilin tələblərinə uyğun olaraq artıq müəllim sagirdə bir şəxsiyyət kimi yanaşmalı və onun fikirlərinə hörmət etməyi bacarmalıdır, çünki müasir dövrdə müəllim fasilitator deyil, bələdçidir. Ona görə də biz bu gün valideyinlərin münasibətlərini məktəbə yönətməli və çalışmalıyıq ki, valideyinlərimiz məktəblə sıx əməkdaşlıq etsinlər”.

Əli