"Ölkəmiz xarici investorlar üçün etibarlı tərəfdaşa çevirib"
28 Sentyabr 15:53
28 Sentyabr 15:53
28 Sentyabr 14:15
28 Sentyabr 13:53
28 Sentyabr 13:24
10 Fevral 2025 23:56
3 955
Son dövrlər cəmiyyətimizdə qəfil ölümlər barədə xeyli xəbər dərc olunub. Bəzi şəxslər iddia edirlər ki, say əvvəlki illərə nisbətən çoxalıb. Bəs görəsən, statistika nə yerdədir və mövcud reallığı yaradan səbəblər nədir?
Xalqcebhesi.az xəbər verir ki, Səhiyyə Nazirliyi İnformatika və Statistika İdarəsindən bildirilib ki, qəfil ölümlərin sayı 2022-ci ildə 896, 2023-cü ildə 565, 2024-cü ildə isə 533 hal təşkil edib.
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tibb elmləri doktoru Rafail Daşdəmirov Oxua.az-a açıqlamasında qəfləti ürək dayanmasının səbəbinin ürəyin işemik xəstəliyi olduğunu deyib:
"Bu zaman tromboemboliya (qan damarında əmələ gəlmiş laxtanın axınla gedib kiçik mənfəzli damarın keçidini tıxaması - red.) və ürək ritm pozuntusu olaraq asistoliya (elektrik və mexaniki ürək aksiyasının tamam dayanması - red.) səbəbindən qəfləti ölüm baş verir. Ürək qan-damar sisteminin bir sıra xəstəlikləri nəticəsində öncə miokard infarktı, aterosklerotik dəyişikliklər nəticəsində koronar damarların tıxanması və güclü stres nəticəsində angiospazm ölümə səbəb ola bilər.
Əsasən, bunun bir sıra səbəbləri ola bilər: irsiyyətin rolu, stres faktoru, düzgün qidalanmamaq, yuxu rejiminin düzgün olmaması, alkoqol və tütün məhsullarından istifadə olunması və sair. Qəfləti ölümlərin səbəbi kimi müasir dünyamızda hərəkətsizliyin gətirdiyi piylənmənin rolunu da xüsusi vurğulamalıyıq".
28 Sentyabr 14:50
812
25 Sentyabr 17:08
1 484
25 Sentyabr 13:37
1 659