Hakan Fidan Qətərdə regional təhlükəsizlik məsələlərini müzakirə edəcək
Aİ Rusiya ilə bağlı 16 fiziki şəxsi və 7 təşkilatı qara siyahıya salıb
Ərdoğan: Türkiyənin Aİ-nin müdafiə layihələrində iştirakı hər iki tərəf üçün vacibdir
Yaponiya İran müharibəsindən sonra Azərbaycandan ilk xam neft partiyasını alacaq
14 Aprel 14:21
1 855
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarının iştirakı ilə “Dini radikalizmin mənəvi və sosial nəticələri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edənlər dini radikalizmin cəmiyyət üçün yaratdığı təhlükələrdən, onun milli-mənəvi dəyərlərə, ictimai sabitliyə və sosial rifaha mənfi təsirlərindən bəhs ediblər.
Çıxışlarda radikal ideologiyaların gənclərin dünyagörüşünə mənfi təsir göstərərək onları yanlış istiqamətlərə yönəltdiyi, ailə institutuna və ictimai münasibətlər sisteminə ciddi zərər vurduğu xüsusi qeyd olunub.
Bildirilmişdir ki, dövlət tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkədə dini sabitliyin qorunması, sağlam dini mühitin formalaşdırılması, radikalizmin qarşısının alınması istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur və bu sahədə maarifləndirmə tədbirlərinin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Dini radikalizmə qarşı mübarizədə əsas amillərdən biri düzgün dini biliklərin təşviqi, milli-mənəvi dəyərlərin qorunması, gənclərin sağlam ruhda tərbiyə olunmasıdır və hüquq-mühafizə orqanları ilə yanaşı, aidiyyəti dövlət qurumlarının, təhsil müəssisələrinin, ictimai təşkilatların birgə fəaliyyəti bu istiqamətdə mühüm rol oynayır.
Tədbir çərçivəsində iştirakçıların sualları cavablandırılmış, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Cavid
14:49
602
13:54
763
10 May 13:50
1 428


