Azərbaycan və İsveçrə prokurorluqları arasında əməkdaşlıq müzakirə olunub
ADY: Bu il qatarlara 18 dəfə daş atılıb, daş atanlar, əsasən, azyaşlılardır
Belçika səfiri mina hadisəsində həlak olan şəxs ilə bağlı başsağlığı verib
Pirşağı hövzəsi üzrə kanalizasiya kollektorları və tullantı sutəmizləyici qurğu tikilir
12:10
707
Azərbaycan və Ermənistan parlament sədrlərinin İstanbulda görüşü planlaşdırılır.
"Armenpress"in xəbərinə görə, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə bildirib.
Alen Simonyan rəhbərlik etdiyi nümayəndə heyətinin 16-19 aprel tarixlərində keçiriləcək Parlamentlərarası İttifaqın 152-ci Assambleyasında iştirak etmək üçün İstanbula gedəcəyini xatırladıb.
Simonyan qeyd edib ki, konfrans çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşləri planlaşdırılır: “Bir çox ölkənin parlament rəhbərləri orada olacaq. Hazırda Azərbaycan və Gürcüstan parlamentlərinin sədrləri ilə görüşlər planlaşdırılır”.