Hakan Fidan Qətərdə regional təhlükəsizlik məsələlərini müzakirə edəcək
Aİ Rusiya ilə bağlı 16 fiziki şəxsi və 7 təşkilatı qara siyahıya salıb
Ərdoğan: Türkiyənin Aİ-nin müdafiə layihələrində iştirakı hər iki tərəf üçün vacibdir
Yaponiya İran müharibəsindən sonra Azərbaycandan ilk xam neft partiyasını alacaq
14 Aprel 13:49
1 645
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Azərbaycan Respublikası Prezidentinin “Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2026-cı il 19 mart tarixli 631 nömrəli Fərmanının tələblərinə uyğun olaraq İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi ilə birləşmə yolu ilə yenidən təşkil olunur.
“APA-Economics” "Vergilər" qəzetinə istinadən xəbər verir ki, bu dəyişiklik nəticəsində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində olan Şəki, Şağan, Respublika, Naftalan, Mərdəkan, Lənkəran, Qəbələ Uşaq, Şəmkir Uşaq, Xaçmaz, Gəncə, Bakı, 1 və 2 nömrəli Uşaq Reabilitasiya mərkəzləri yeni idarəetmə qaydasına uyğun olaraq tabelikdən çıxarılaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin tabeliyinə verilib.
14:49
623
13:54
791
10 May 13:50
1 435