Mobil operatorlar bu il 742 milyon manatdan çox gəlir əldə edib İqtisadiyyat

Mobil operatorlar bu il 742 milyon manatdan çox gəlir əldə edib

2026-cı ilin yanvar-iyul aylarında mobil operatorlar 742,1 milyon manat gəlir əldə ediblər.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, informasiya və rabitə müəssisələri tərəfindən 2 milyard 378,6 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,4 faiz çox xidmət göstərilib.

Xidmətlərin 70 faizi əhali tərəfindən istehlak olunub. Xidmətlərdən əldə edilən gəlirin 742,1 milyon manatı (31,2 faizi) mobil telefon rabitəsi sahəsində formalaşıb.