16:32
308
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3463,2 milyon manat olmaqla, əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 4,9 faiz azalıb.
Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə neft məhsullarından mazut istehsalı 31,1 faiz, avtomobil benzinin istehsalı 2,3 faiz artıb.
Bildirilir ki, cari ilin yanvar-iyul aylarında ölkədə ağ neft istehsalı 20,3 faiz, neft bitumu istehsalı isə 42,2 faiz azalıb.
Azərbaycanda istehsal olunan neft məhsulları:
|
Məhsul növləri |
2026-cı ilin yanvar-iyul aylarında istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.08.2026-cı il vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı |
|
Avtomobil benzini, min ton |
828,4 |
102,3 |
53,7 |
|
Ağ neft, min ton |
322,6 |
79,7 |
25,2 |
|
Qazoyllar (dizel yanacağı), min ton |
1 360,2 |
98,1 |
128,4 |
|
Mazut, min ton |
74,2 |
131,1 |
5,1 |
|
Sürtkü yağları, min ton |
26,3 |
120,1 |
0,8 |
|
Maye qazlar, min ton |
107,2 |
80,2 |
2,6 |
|
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton |
447,5 |
94 |
47,5 |
|
ondan: neft bitumu, min ton |
81,7 |
57,8 |
14,7 |
|
neft koksu, min ton |
140,3 |
110 |
26,2 |