19:34
420
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Litva səfiri Kestutis Vaşkeleviçusla görüşüb.
Bu barədə litvalı diplomat “X” hesabında yazıb.
Səfirin sözlərinə görə, görüşdə regional proseslər və Litva ilə Azərbaycan arasında tərəfdaşlığın daha da gücləndirilməsi yolları barədə faydalı fikir mübadiləsi aparılıb.