Azərbaycanın neft-qaz sektoruna investisiyaların həcmi 30%-dən çox artıb İqtisadiyyat

Azərbaycanın neft-qaz sektoruna investisiyaların həcmi 30%-dən çox artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın neft-qaz sektoruna 3 708,6 mln. manat həcmində vəsait yönəldilib.

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

Məlumata görə, ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə hesabat dövründə neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 33,6% artıb.

Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 5 339,6 mln. manat həcmində vəsait yönəldilib. 2024-cü ilin göstəricisi ilə müqayisədə hesabat dövründə neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 10,3% azalıb.