Azərbaycanda sərnişindaşıma 9%-ə yaxın artıb İqtisadiyyat

Azərbaycanda sərnişindaşıma 9%-ə yaxın artıb

2026-cı ilin yanvar-iyul aylarında nəqliyyat sektorunda 140,8 milyon ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz çox yük, 1 milyard 290 milyon və ya ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz çox sərnişin daşınıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Yüklərin 63 faizi avtomobil, 25,9 faizi boru kəməri, 7,4 faizi dəmir yolu, 3,6 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə daşınıb. Sərnişinlərin 89,4 faizi avtomobil, 10 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.