
TRIPP məsələsi yalnız yol və yüklərin daşınması kimi qəbul etmək və yaxud da görmək doğru deyil. Bunu həmçinin müxtəlif ölkələrin geosiyasi və geoiqtisadi maraqlarının və regional dövlətlərin siyasi və iqtisadi maraqlarının toqquşduğu məkan və layihə olaraq qeyd etmək və görmək lazımdır. İranın narahatçılığını bu səbəbdən başa düşmək olar. İran həmin yolun arxasında formalaşa biləcək ABŞ-ın uzunmüddətli perspektivdə strateji, iqtisadi və təhlükəsizlik baxımından məskən salması ilə bağlı narahatlıqlarını dilə gətirib və Tehran açıq şəkildə ABŞ-ın sərhədlərinə gəlməsini özünə təhdid olaraq görür.
Bunu xalqcebhesi.az-a politoloq Çingiz Şahbazi deyib.
"Bu baxımdan İran generalı Yəhya Rəhim Səfəvinin açıqlaması, olduqca mühüm məsələdir. İranla Ermənistan arasında TRIPP üzrə" nə real anlaşma, nə də ortaq mövqe" var və İran öz "qırmızı xətlərini" Ermənistana çatdırıb, İran generalı deyib. O həmçinin, ABŞ-ın Fars körfəzindəki varlığını nümunə göstərərək soruşub: "ABŞ-ın körfəzdəki varlığına qarşıyıqsa, niyə onun Cənubi Qafqazdakı varlığını qəbul etməliyik?" Əlbəttə ki, bəyanatdan da məlum olur ki, burda coğrafi baxımdan Tehran üçün körfəz ayrı, Qafqaz anlayışı əsas deyil. İran özünün təhlükəsizlik mühitini vahid sistem kimi görür" - o, qeyd edib.
Ç.Şahbazinin fikrincə, əslində İran ABŞ-nin bu istiqamətdə yürütdüyü siyasəti düzgün qiymətləndirir, amma, bu siyasətin qarşısını almaq imkanı əldə edə biləcək? Həqiqətən də TRIPP-da ABŞ hərbiçiləri nəzarəti həyata keçirəcək? Bu haqda imzalanlmış sənəddə heç bir şey yoxdur. Hətta təhlükəsizlik baxımından özəl personal cəlb edilərsə, onların Ermənistan tərəfindən lisenziyalaşdırılması tələb olunur. ABŞ sadəcə olaraq Ermənistanın sərhəd təhlükəsizliyinin təkmilləşdirilməsinə texniki yardım göstərə bilər:
"Bu baxımdan TRIPP İranın iddia etdiyi kimi deyil. Onu ABŞ-nin hərbi bazası kimi göstərməyə ehtiyac yoxdur. ABŞ burda investor kimi iştirak edir və böyük paya, gəlirin 74 faizinə sahib olmaq istəyir. Ermənistan sadəcə 24 faiz paya sahib olacaq. Saziş 49 illiyə imzalayıb və beynəlxalq hüquqa tam olaraq cavab verir. Burda ABŞ heç bir əraziyə sahib ola bilməz. Bu baxımdan Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyan may ayında bildirmişdir ki, İranın təhlükəsizliklə bağlı narahatlıqları aradan qalxıb.
Çünki, sənəddə üçüncü ölkə silahlı qüvvələrinin yerləşdirilməsi nəzərdə tutulmur. Səfəvinin "nə real anlaşma nə də ortaq mövqe var" bəyanatı iki ölkə arasında razılığın əldə olunmaması anlamına gəlir və hesab edirəm ki, İran generalı Səfəvinin səsləndirdiyi fikirlər deməyə əsas verir, İran, Ermənistan sərhədçilərinin olmasına çalışır. Bu baxımdan İran üçün əsas qırmızı xətt TRIPP deyil, ABŞ nəzarəti və hərbicilərinin bölgəyə gəlməsidir".
Cavid