Ərdoğan İran və ABŞ arasında gərginliyin azaldılması üçün diplomatiyanın vacibliyini vurğulayıb Dünya

Ərdoğan İran və ABŞ arasında gərginliyin azaldılması üçün diplomatiyanın vacibliyini vurğulayıb

​Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran və ABŞ arasındakı gərginliyin azaldılması üçün diplomatik imkanlardan maksimum istifadə olunmasının əhəmiyyətini bəyan edib.

Xalqcebhesi.az-ın məlumatına görə, söhbətdən sonra Türkiyə liderinin kommunikasiya şöbəsi bildirib ki,​"ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığında Ərdoğan İran və ABŞ arasında gərginliyi azaltmaq üçün diplomatik imkanlardan maksimum istifadə olunmasının vacibliyini qeyd edib, danışıqların davam etdirilməsinə ümidvar olduğunu bildirib və Türkiyənin sülhün əldə olunmasına yönəlmiş səyləri bundan sonra da dəstəkləyəcəyini vurğulayıb".

​Ərdoğan avqustun 7-də Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan tərəfindən birgə müdafiə haqqında Məkkə sazişinin imzalanmasının "üç ölkənin regional sabitlik və təhlükəsizliyin təmin edilməsi məsələlərində qətiyyətli mövqeyini nümayiş etdirdiyini" diqqətə çatdırıb.

​Türkiyə prezidenti, həmçinin amerikalı həmkarının diqqətini Qəzza zolağı üzrə sülh planının ikinci mərhələsinə keçidin nəzərdə tutulduğu bir dövrdə İsrailin fələstinlilərə qarşı aktivləşən əməllərinə cəlb edib. Məlumatda deyilir ki, Ərdoğan Türkiyənin regionda davamlı sülhün bərqərar olunması və Qəzzanın bərpasına yönəlmiş addımlara bundan sonra da dəstək verəcəyini vurğulayıb.

Məryəm Quliyeva