17:48
420
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2 084,7 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, bu da illik müqayisədə 2,5% azdır.
Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.
Məlumata görə, hesabat dövründə ölkədə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 383,9mln. manat təşkil edib, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 0,6% azalma deməkdir.
Xatırladaq ki, ötən il Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 3 484,8 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, bu da illik müqayisədə 0,3% çoxdur.
Hesabat dövründə ölkədə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 654,8 mln. manat təşkil edib, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 2,5% artım deməkdir.