Azərbaycanda külək elektrik stansiyaları istehsalı 20 dəfədən çox artırıb - CƏDVƏL İqtisadiyyat

Azərbaycanda külək elektrik stansiyaları istehsalı 20 dəfədən çox artırıb - CƏDVƏL

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 15 172 kVt/saat elektrik enerjisi istehsal olunub, bu da illik müqayisədə 3% azalma deməkdir.

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

Məlumata görə, hesabat dövründə ölkədə istehsal olunan elektrik enerjisinin 14 734,9 kVt-saatı əmtəəlik məhsulun payına düşüb (2,5% azalma).

Ölkədə istehsal olunan elektrik enerjisinin ən böyük payı – 11 441,5 kVt/saat istilik elektrik stansiyalarının üzərinə düşüb ki, bu da 2025-ci ilin yanvar-iyul göstəricisindən 8,7% azdır.

Cari ilin yanvar-fevral ayları ərzində Azərbaycanda istehsal olunan elektrik enerjisinin qalan hissəsi su elektrik stansiyalarından, eləcə də digər alternativ və bərpa olunan enerji mənbələrindən əldə edilib.

Onu da qeyd etmək lazımdır ki, hesabat dövründə Azərbaycanda külər stansiyaları 606 mln. kVt/saat elektrik enerjisi istehsal ediblər ki, bu da illik müqayisədə 22 dəfə artım deməkdir.

Azərbaycanda elektrik enerjisinin istehsalı:

Məhsul növləri

2026-cı ilin yanvar-iyul aylarında istehsal edilmişdir

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

Elektrik enerjisi, mln. kVt.s

15 172

97

ondan əmtəəlik

14 734,9

97,5

istilik elektrik stansiyalarının istehsalı

11 441,5

91,3

su elektrik stansiyalarının

istehsalı

2195,7

105,6

külək elektrik stansiyalarının istehsalı

606,0

22 d.

günəş elektrik stansiyalarının istehsalı

350,7

105

biokütlə və tullantıların yandırılması ilə işləyən stansiyaların elektriki

141

106,7