Baş nazirin müşaviri: Netanyahunun Kuşnerlə görüşü keçirilir Gündəm

Baş nazirin müşaviri: Netanyahunun Kuşnerlə görüşü keçirilir

​İsrailin Baş naziri Binyamin Netanyahu Qüdsdəki dəftərxanasında ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerlə danışıqlar aparır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS agentliyinə İsrail Nazirlər Kabineti rəhbərinin müşaviri Dmitri Qendelman məlumat verib.

​"Bəli," - deyə agentliyin həmsöhbəti müvafiq suala cavab olaraq bildirib.

​Müşavirin sözlərinə görə, görüşdə həmçinin Qəzza üzrə Sülh Şurasının ali nümayəndəsi Nikolay Mladenov da iştirak edir.

Məryəm Quliyeva