15:18
329
2026-cı ilin yanvar-iyul aylarında Azərbaycandan 1 milyon 725,68 min ABŞ dollar dəyərində dənli bitkilər ixrac edib.
Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 53,62% çoxdur.
Hesabat dövründə ölkəyə 186 milyon 827,55 min manatlıq dənli bitki növləri idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5% azalma deməkdir.
Qeyd edək ki, cari ildə dənli bitkilərin ixracı ölkə üzrə ümumi ixracın 0,01%-nə, idxalı isə ümumi idxalın 1,89%-ni təşkil edib.