Tramp İranla nüvə sazişindəki çətinliklərə görə Omanı zərbələrlə hədələyir Dünya

Tramp İranla nüvə sazişindəki çətinliklərə görə Omanı zərbələrlə hədələyir

ABŞ Prezidenti Donald Tramp İranla nüvə məsələsinə dair sazişin bağlanmasında yaranan çətinliklərdə təqsirkarlar axtararaq Omana zərbələr endirməklə hədələyir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti mənbələrə istinadən məlumat yayıb.

​Nəşrin məlumatına görə, bəzi yüksəkrütbəli rəsmilər sultanlıqla İslam Respublikasının yaxınlaşmasını münaqişənin tənzimlənməsi baxımından faydalı görür və hesab edirlər ki, Tramp nüvə sazişinin pozulmasında başqa ölkələri günahlandıraraq Omanı sadəcə "günah keçisi" edir. Eyni zamanda, digər rəsmilər Maskatı iküzlülükdə ittiham edərək onun əməllərinin Vaşinqton üçün əlverişli sülh sazişinin bağlanması səylərini pozduğunu düşünürlər.

​ABŞ-də ehtiyat edirlər ki, İran-Oman sazişi Tehranın Hörmüz boğazı üzərində nəzarətinin möhkəmlənməsinə təkan verə bilər; Ağ Ev isə regionda dəniz gəmiçiliyinin tam bərpasına ümid edir.

​Məlumata görə, bir qədər əvvəl Tramp Omanın hərəkətlərindən narazılığını ifadə etmiş və İranla ABŞ arasında münaqişənin tənzimlənməsi yolunda maneə olacağı təqdirdə sultanlığı "yerlə-yeksan edəcəyi" ilə hədələmişdi.

Məryəm Quliyeva