15:33
287
Husilər Bab əl-Məndəb boğazı ərazisindəki obyektlərə beş ballistik raket buraxıblar.
Xalqcebhesi.az xəbər verir ki, bu barədəYəmən Silahlı Qüvvələri məlumat yayıb.
Mənbənin sözlərinə görə, raketlərdən dördü boş bir gəmiyə dəyib, daha biri isə suya düşüb. İddia olunur ki, həmin gəmi daha əvvəl husilərin raket və pilotsuz uçuş aparatlarının (PUA) istehsalı üçün nəzərdə tutulmuş avadanlıqların qaçaqmalçılığında istifadə edildiyinə görə Yəmən Hərbi Dəniz Qüvvələri tərəfindən ele keçirilmişdi.
Həmçinin Qırmızı dəniz sahilində yerləşən Moxa limanının yenidən atəşə tutulduğu bildirilir.
Məryəm Quliyeva