08:54
329
Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) Hörmüz boğazında gəmi ilə bağlı insident baş verdiyini bildirib.
Xalqcebhesi.az xəbər verir ki, məlumata görəəmi Hörmüz boğazından çıxarkən naməlum mərmi ilə vurulub.
"Zərbə nəticəsində mühərrik bölməsi zədələnib və heyət üzvlərindən biri həlak olub", — deyə idarə dəqiqləşdirib.
Heyətin digər üzvlərinə hazırda Omanın Sahil Mühafizəsi tərəfindən köməklik göstərilir.
Məryəm Quliyeva