16:38
343
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 23 989,9 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 2,4% artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, qaz nəqlinin 55,8%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri ilə həyata keçirilib.
Belə ki, hesabat dövründə bu kəmərlə 13 385,1 mln. kubmetr qaz ötürülüb (1,3%-lik artım olub).
Xatırladaq ki, ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 40 235,6 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 0,3% azalma müşahidə olunub. Qaz nəqlinin 57,5%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri ilə həyata keçirilib. Hesabat dövründə bu kəmərlə 23 143,9 mln. kubmetr qaz ötürülüb (1,3%-lik artım olub).