16:09
343
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 23 490 mln..manat təşkil edib və əvvəlki ilin müvafiq göstəricisinə bərabər olub.
Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, qeyd olunan ümumi göstəricidən 20 833,9 mln. manat xam neft və təbii qaz hasilatının payına düşüb, bu da illik müqayisədə 1,5% azalma deməkdir.
Mədənçıxarma sənayesi üzrə istehsalın həcmi:
|
Fəaliyyət növlərinin adı |
2026-ci ilin yanvar-iyul aylarında istehsal edilib, milyon manat |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən (sabit qiymətlərlə), faizlə |
|
Mədənçıxarma sənayesi |
23 490 |
100 |
|
Xam neft və təbii qaz hasilatı |
20 833,9 |
98,5 |
|
Metal filizlərinin hasilatı |
649,8 |
139,7 |
|
Mədənçıxarma sənayesinin digər sahələri |
125,8 |
85,9 |
|
Mədənçıxarma sənayesi sahəsinə xidmətlərin göstərilməsi |
1 880,5 |
129,3 |
Məlumata görə, hesabat dövründə sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 15 504,1 min. ton, əmtəəlik təbii qaz hasilatı isə 22 777,3 mln. kub metr təşkil edib.
Qeyd olunur ki, əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3,1% azalıb, əmtəəlik qaz hasilatı isə 1% artıb.
Xam neft və təbii qaz hasilatı üzrə əsas göstəricilər:
|
Məhsul növləri |
2026-cı ilin yanvar- iyul aylarında istehsal edilib |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.08.2026-cı il vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı |
|
Xam neft və təbii qaz hasilatı |
|||
|
Xam neft (qaz kondensatı daxil olmaqla), min ton |
15 543,3 |
96,9 |
254,8 |
|
ondan əmtəəlik |
15 504,1 |
96,9 |
254,8 |
|
Təbii qaz, milyon kub metr |
29 565,8 |
101,1 |
- |
|
ondan əmtəəlik |
22 777,3 |
101 |
- |