Ukrayna Rostovda partlayıcı maddə istehsalı müəssisələrini məhv etdi Dünya

Ukrayna Rostovda partlayıcı maddə istehsalı müəssisələrini məhv etdi

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Rostov vilayətinin Kamensk-Şaxtinski şəhərində yerləşən “Kamenski Kombinatı” müəssisəsində partlayıcı maddə istehsal edən iki sexin məhv edildiyini, daha dörd sexin isə zədələndiyini təsdiqləyib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Müəssisə Rusiyanın hərbi-sənaye kompleksinə daxildir. Burada “Uraqan”, “Smerç” və “Tornado-S” reaktiv yaylım atəş sistemlərinin döyüş sursatları, həmçinin bir sıra raket sistemləri və aviasiya zərbə vasitələri üçün bərk raket yanacağı istehsal olunur.

Ukrayna ordusunun bölmələri işğal edilmiş Krım yarımadasında hücum dronlarının saxlanıldığı, buraxıldığı məntəqəyə və Novofedorovkada “Orion” PUA-larının idarəetmə stansiyasına zərbə endirib. Krımda “Geran” tipli zərbə PUA-larının idarə olunması üçün istifadə edilən yerüstü retranslyatoru, eləcə də Xerson vilayətində dron retranslyatorunun rabitə və enerji təchizatı məntəqəsi də vurulub.