Tramp Hörmüz boğazı vasitəsilə neft tranzitinin bərpa olunduğunu elan edib Dünya

Tramp Hörmüz boğazı vasitəsilə neft tranzitinin bərpa olunduğunu elan edib

ABŞ Prezidenti Donald Tramp "Truth Social" şəbəkəsində infoqrafika dərc edib.

Xalqcebhesi.az xəbər verir ki, həmin məlumata əsasən, Yaxın Şərqdə münaqişə başlamazdan əvvəl sutkada 20 milyon barel olan neftin Hörmüz boğazından keçid həcmi yenidən sutkada 18 milyon barelə çatıb.

Fotoda "Hörmüz boğazı vasitəsilə neft tədarükünün həcmi bərpa olunub", — deyə qeyd edilib.

Bundan əvvəl ABŞ-nin energetika naziri Kris Rayt "CNBC" telekanalına müsahibəsində sentyabrın 1-də Hörmüz boğazı vasitəsilə neft tədarükünün həcminin 17 milyon bareli keçdiyini bildirmişdi.

Məryəm Quliyeva