"Lloyd's" İran müharibəsi səbəbindən 1,9 milyard dollar zərər gözləyir
Nepal daşqın qurbanlarının xatirəsinə sentyabrın 7-ni matəm günü elan edib
Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə qeydiyyat tarixi açıqlanıb
Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçiminin nəticəsi açıqlanıb
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
17:04
350
Nepal Hökuməti Rasuva rayonundakı Bote-Koşi çayında baş verən daşqın nəticəsində həlak olanların xatirəsini yad etmək üçün sentyabrın 7-ni milli matəm günü elan edib.
Xalqcebhesi.az xəbər verir ki, bu qərar Nazirlər Kabinetinin iclasında qəbul olunub.
"The Himalayan" qəzeti xəbər verir ki, matəm günündə Nepal üzrə bütün dövlət müəssisələrində, eləcə də ölkənin xaricdəki diplomatik nümayəndəlikləri və missiyalarında dövlət bayraqları yarıya qədər endiriləcək.
Hökumət, həmçinin axtarış-xilasetmə əməliyyatlarında iştirak edən təhlükəsizlik xidməti əməkdaşlarına və dövlət qulluqçularına yüksək riskli şəraitdə işlədiklərinə görə əlavə ödənişlərin olunması və qida xərclərinin qarşılanması barədə qərar qəbul edib. Xəsarət alanlar pulsuz müalicə olunacaq, əməliyyatlar zamanı həlak olan əməkdaşların ailələrinə isə pul kompensasiyası veriləcək.
Məryəm Quliyeva