14:22
427
Ermənistandan Azərbaycana ilk ixrac əməliyyatı artıq baş tutub.
APA xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
O, detalları açıqlamayıb.
“Düşünürəm ki, şirkətlər özləri bunu elan edəcəklər”, - Paşinyan qeyd edib.
Qeyd edək ki, avqustun sonunda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü ilə bağlı məlumatların açıqlanacağını bildirib.