Şimali Kiprdə gəmi faciəsində ölənlərin sayı 10-a çatıb Dünya

Şimali Kiprdə gəmi faciəsində ölənlərin sayı 10-a çatıb

Şimali Kipr Türk Respublikasının Girnə sahillərində batan gəmidə itkin düşən şəxslərdən daha birinin meyiti tapılıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bildirib.

O qeyd edib ki, bununla da faciə nəticəsində ölənlərin sayı 10-a yüksəlib. Xəstəxanalara yerləşdirilən yaralıların müalicəsi davam etdirilir.

Qeyd edək ki, avqustun 30-da Şimali Kiprin Girnə sahillərində 267 nəfəri daşıyan gəmi batıb. Hadisədən sonra itkin düşən şəxslərin axtarışları davam etdirilir.