Sibiha: Ukrayna və müttəfiqləri sülh səylərinə yeni təkan verəcəklər Gündəm

Sibiha: Ukrayna və müttəfiqləri sülh səylərinə yeni təkan verəcəklər

Yaxın vaxtlarda Ukrayna və onun müttəfiqləri, o cümlədən ABŞ, Rusiya müharibəsinin başa çatdırılması məsələsində sülh səylərinə yeni təkan verəcəklər.

Xalqcebhesi.az "RBC-Ukraine"ya istinadən xəbər verir ki, bu bəyanatla Ukraynanın xarici işlər naziri Andrey Sibiha jurnalistlərlə ünsiyyət zamanı çıxış edib.

Nazirin sözlərinə görə, "diplomatiya sülh səylərində və Rusiyanın təcavüzünə son qoyulmasında getdikcə daha fəal rol oynamalıdır".

Sibiha həmçinin vurğulayıb ki, Amerika tərəfinin iştirakı olmadan buna nail olmaq reallıqdan uzaqdır — geopolitik reallıqlar bunu tələb edir.

Bu fonda XİN rəhbəri tərəflər arasında dialoqun kəsilmədiyini və bu yaxınlarda Prezident Volodimir Zelenskinin ABŞ-nin danışıqlar qrupu ilə söhbət etdiyini təsdiqləyib.

"Mən sizə indi xəbərləri izləməyi tövsiyə edirəm. Ukraynada nə məzuniyyət, nə də fasilə olub — biz öz torpağımız, ədalətli sülh uğrunda mübarizə aparırıq. İndi isə hesab edirəm ki, dünyanın bir çox paytaxtlarında fəal siyasi-diplomatik mərhələnin qayıtması ilə sülh səylərində yeni dinamika yaranacaq. Odur ki, xəbərləri izləyin", — deyə Sibiha bildirib.

Məryəm Quliyeva