ABŞ və Aİ İrana qarşı birgə maliyyə blokadasını gücləndirir Dünya

ABŞ və Aİ İrana qarşı birgə maliyyə blokadasını gücləndirir

Avropa İttifaqı İrana qarşı iqtisadi təzyiqin göstərilməsi əməliyyatına qoşulur.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent bəyan edib.

"Avropa İttifaqı rəsmi olaraq "İqtisadi kənarlanma" əməliyyatına qoşulub və biz onların bu qətiyyətli, vaxtında atılmış mövqeyini yüksək qiymətləndiririk", — deyə Bessent "X" sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, ABŞ müttəfiqləri ilə birlikdə İran rejiminin "öz nüvə ambisiyalarını, silah yaratma proqramlarını və terrorçu proksi-qüvvələrini maliyyələşdirmək üçün qlobal maliyyə sistemindən istifadə etməsinə" imkan verməmək niyyətindədir.

"Dünya İran rejiminə aydın mesaj göndərir: biz qalan bütün maliyyə arteriyalarını kəsənədək dayanmayacağıq", — deyə ABŞ-nin maliyyə naziri əlavə edib.

İran uzun illərdir ABŞ-nin iqtisadi sanksiyaları altındadır, lakin avqust ayında Vaşinqton artıq altıncı aydır davam edən münaqişədə geri çəkilməyə məcbur etmək və ölkəni təcrid etmək məqsədilə "İqtisadi kənarlanma" əməliyyatına başlayıb.

Məryəm Quliyeva