Aİ Qrenlandiyaya maliyyə dəstəyini artırır Dünya

Aİ Qrenlandiyaya maliyyə dəstəyini artırır

Avropa Komissiyasının sədri Ursula fon der Leyen bazar günü adanın paytaxtı Nuuk şəhərinə səfəri zamanı Qrenlandiyanın 2026 və 2027-ci illər üçün maliyyələşdirilməsinə 200 milyon avro ayrılacağını elan edəcək.

Xalqcebhesi.az -ın xəbərinə görə, bu barədə "Financial Times" məlumatlı mənbələrə istinadən xəbər verir.

Mənbələrdən birinin sözlərinə görə, bu vəsait mühüm xammal sənayesinə, bərpa olunan enerji mənbələrinə, sualtı kabellərə, peyk rabitəsinə və məlumatların emalı mərkəzlərinə (data-mərkəzlərə) yatırılacaq. Vəsaitin bir hissəsi isə idarəetmənin təkmilləşdirilməsi üçün Qrenlandiya hökumətinə ayrılacaq.

Lider həmçinin Aİ ilə Qrenlandiya arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş bəyannamə imzalayacaq.

Nəşr qeyd edir ki, Brüssel ABŞ Prezidenti Donald Trampın dəfələrlə ilhaq təhdidlərindən sonra Qrenlandiyaya öz siyasi dəstəyini gücləndirməyə çalışır.

Məryəm Quliyeva