ABŞ hərbçiləri Sakit okeanda Ekvador narkokartelinin gəmisini batırıb Dünya

ABŞ hərbçiləri Sakit okeanda Ekvador narkokartelinin gəmisini batırıb

Birləşmiş Ştatlar hərbçiləri Sakit okeanın şərq hissəsində Ekvador narkokartelinin maraqları üçün istifadə olunan gəmini ələ keçirərək məhv ediblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.

Komandanlığın "X" sosial şəbəkəsində verdiyi bəyanata əsasən, əməliyyat "Ekvador hökuməti ilə koordinasiya və əməkdaşlıq şəraitində" həyata keçirilib. "Sakit okeanın şərqindəki beynəlxalq sularda üzən yanacaqdoldurma məntəqəsi kimi xidmət edən və narkotik kontrabandası üçün istifadə olunan gəmi saxlanılıb. Kəşfiyyat gəminin qəddar "Los Choneros" narkoterror təşkilatının maraqları üçün istifadə olunduğunu təsdiqləyib", — deyə nəşrdə qeyd olunur.

Gəminin göyərtəsində olan şəxslər Ekvador hakimiyyətinə təhvil verilib. Axtarış və təmizləmə əməliyyatı başa çatdıqdan sonra ABŞ hərbçiləri gəmini batırıblar.

Məryəm Quliyeva