16:35
343![]()
Sentyabrın 1-də ABŞ-nin İslam Respublikasının cənub rayonlarına endirdiyi zərbələr nəticəsində İran Ordusunun ən azı üç hərbi təyyarəçisi həlak olub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat verib.
Məlumata görə, pilotlardan ikisi Hərbi Dəniz Qüvvələrində, biri isə İran Hərbi Hava Qüvvələrində xidmət edirmiş.
Sentyabrın 1-də ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İrandakı hədəflərə bir sıra zərbələr endirildiyini bəyan edib. "Press TV" telekanalının məlumatına əsasən, partlayışlar ölkənin cənub sahllərində, o cümlədən Qeşm adasında və bir neçə şəhərdə baş verib. İran buna cavab olaraq ABŞ-nin BƏƏ, İordaniya, İraq və Bəhreyn dəki hərbi bazalarına zərbələr endirib.
Məryəm Quliyeva