08:37
910
İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir ölkənin siyasi rəhbərliyinin İranla birbaşa hərbi əməliyyatların bərpasına gətirib çıxara biləcək hərbi əməliyyatın keçirilməsi barədə əmrinə qarşı çıxıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı mənbələrə istinadən məlumat yayıb.
KİV-in məlumatına görə, Eyal Zamir əlavə məsləhətləşmələr sorğulayıb və Baş nazir Binyamin Netanyahu başda olmaqla siyasi rəhbərlik sənəd altında yazılı hüquqi əsaslandırmalar və şəxsi imzalarını təqdim etməyənə qədər sərəncamı yerinə yetirməkdən imtina edib.
Telekanalın hərbi mənbələrindən biri xəbərdarlıq edib ki, təfərrüatları açıqlanmayan bu cür əməliyyat şəraitin qiymətləndirilməsindəki səhv ucbatından anındaca kütləvi münaqişəni alovlandıra bilər. Ordu komandanlığında İran probleminin seçimqabağı piar üçün istifadə olunmaq istənilməsindən ehtiyat edirlər.
Son günlər bir neçə Qərb KİV-i ABŞ və İsrail hakimiyyət orqanlarının İrana yeni zərbələr endirilməsini müzakirə etdiyi barədə məlumat dərc edib. Onların məlumatına görə, Binyamin Netanyahu əməliyyatın oktyabrın 27-də Knessetə keçiriləcək seçkilərə qədər reallaşdırılmasında təkid edir.
Məryəm Quliyeva