19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
26 Aprel 2022 13:53
25 550
Şərqi Azərbaycanın əyalətinin Su və Kanalizasiya Şirkətinin başçısı Məhəmməd Xani mediaya verdiyi açıqlamada əyalətin yüzlərlə kəndində su çatışmazlığının yaşandığını deyib.
Hal-hazırda 700 kəndin su qıtlığı ilə üzləşdiyini bildirən Xani bundan öncə problemin həlli ilə bağlı həyata keçirilən layihələr nəticəsində yalnız 11 min ailənin su problemini həll edə bildiklərini söyləyib.
Təbriz Universitetinin Planlaşdırma və Çevrə Elmləri Fakültəsinin rəhbəri Behruz Sari Şərqi Azərbaycanın 360 kəndinin tamamilə boşaldığını və bununla yanaşı əyalətin onlarla şəhərində su qıtlığı böhranı yaşandığını bildirib.
Bir sıra problemlərlə yanaşı susuzluq ucbatından kəndlər boşalır və şəhərlərdə marginallaşma genişlənir. Bu, belə davam edərsə yaxın vaxtlarda kənd təsərrüfatı məhsullarının qıtlığı və bahalaşmasına səbəb olacaq”-deyə, Təbriz Universitetinin Planlaşdırma və Çevrə Elmləri Fakültəsinin başçısı qeyd edib.
Gunaz.tv
18 Sentyabr 16:47
1 582
18 Sentyabr 16:46
1 547
15 Sentyabr 13:41
2 821