Ərtoğrul Sağlam “Traxtur”çulara vida paylaşımı edib Güney Azərbaycan

Ərtoğrul Sağlam “Traxtur”çulara vida paylaşımı edib

O, bir gün ehtiyac olarsa yenidən türk komandasına dəstəyini əsirgəməyəcəyini yazıb.

“Traxtur” klubunun türkiyəli baş məşqçisi Ərtoğrul Sağlam rəsmi olaraq klubdan ayrıldıqdan sonra “Traxtur”çulara vida paylaşımı edib və bir gün ehtiyac olarsa yenidən türk komandasına dəstək verəcəyini yazıb.

“Görəvə gəldiyim ilk gündən yanımızda olan, dəstəklərilə bizə güc verən Traxur tərəfdarlarına vida zamanımızın gəldigini üzülərək bildirmək istəyirəm. Klub yönətimi ilə önümüzdəki sezon üçün apardığımız danışıqlar nəticə verməmişdir.

Umudların tükəndiyi, qarmaşa və xaosun olduqca şiddətli olduğu klub tarixinin ən çətin dönəmində aldığımız bayrağı bizə güvənənləri utandırmadan geri vermənin xoşbəxtliyini yaşadığımızı bir daha vurğulayıram. Bütün Traxtur camiəsinə gələcək adına başarılar dilərkən, irəlidə yaşanacaq ehtimal edilən çətin və sıxıntılı günlərdə yenə dəstəklərimi əsirgəməyəcəyimi də yenə bildirmək istəyirəm. Hamınıza xoşbəxt, başarılı və huzurlu günlər diləyirəm”-deyə, Ərtoğrul özünün sosial media hesabında yazıb.

Qeyd edək ki, Təbrizin "Traxtur" futbol klubu türkiyəli baş məşqçi Ərtoğrul Sağlamla əməkdaşlığın rəsmən sona çatdığını, onun yerinə türkmənistanlı baş məşqçi Qurban Berdiyevin gətirilə biləcəyi bildirib.

Gunaz.tv