Qərbi Azərbaycanda hava çirkliliyi böhran həddinə çatıb Güney Azərbaycan

Qərbi Azərbaycanda hava çirkliliyi böhran həddinə çatıb

Qərbi Azərbaycan əyalətində ötən 297 gün ərzində yalnız 48 gün təmiz hava qeydə alınıb.

Gunaz.tv

Bu barədə Qərbi Azərbaycan əyalətinin Ətraf Mühit İdarəsinin başçısı Səid Şəhənd açıqlama verib.

hava çirkliliyi səviyyəsinin yüksək olmasında qaydasız tikintilərin, istifadəyə yararsız nəqliyyat parkının və şəhərdə yerləşən avtovağzalın əhəmiyyətli dərəcə rol oynadığını bildirib.

Bir müddət bundan öncə Urmiya Şəhər Şurasının sədr müavini Mürtəza Mənafi hazırkı durumda avtovağzalın şəhərdən qırağa köçürülməsinin vacibliyini qeyd edərək, Ətraf Mühitin Mühafizəsi İdarəsinin ekoloji problemin həlli ilə bağlı əlaqədar qurumlarla kordinasiyalı fəaliyyət göstərməsini istəyib.

Qeyd edək ki, son həftələr Urmu şəhəri hava çirkliliyi səviyyəsinə görə, ölkədə ən çirkliyi havası olan şəhərlər sırasında qərarlaşıb və dəfələrlə həsas yaş qrupları üçün açıq havaya çıxmamaq barədə xəbərdarlıq edilib.