24 Mart 16:49
2 Fevral 2023 11:12
5 733
Təbrizin "Traxtur" futbol klubunun üzvləri zəlzələdən zərər çəkən insanlara yardım etmək və onlarla həmrəyliklərini bildirmək üçün Qərbi Azərbaycan əyalətinin Xoy şəhərinə gedəcəklər.
Gunaz.tv
Bu barədə "Traxtur" klubunun kapitanı Mehdi Kiyani məlumat verib.
"Bu həftə içində soydaşlarımızla həmrəyliyimizi bildirmək və onlara əlimizdən gələn qədər yardım etmək üçün Xoy şəhərinə səfər edəcəyik",- tanınmış futbolçu bildirib.
Qeyd edək ki, Xoyda baş verən ardıcıl zəlzələlər nəticəsində 3 nəfər həlak olub, 1200-ə yaxın insan yaralanıb. İlkin məlumata görə, 73,5 min evə ziyan dəyib.
Evləri dağılanlara yardım edilmədiyi üçün insanlar soyuq havada küçələrdə gecələməyə məcbur olur və ərzaq qıtlığı çəkirlər.
17 Mart 12:33
4 186
4 Mart 12:22
10 038
27 Fevral 11:47
12 600